ABŞ Avropa İttifaqından idxal olunan avtomobil və yük maşınlarına tətbiq edilən gömrük rüsumlarının artırılacağını açıqlayıb.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
O bildirib: “Avropa İttifaqının üzərində tam razılığa gəldiyimiz Ticarət Sazişinə əməl etmədiyi faktına əsaslanaraq, gələn həftədən etibarən ABŞ-a idxal olunan Aİ mənşəli avtomobil və yük maşınlarına tətbiq edilən tarifləri artıracağımı məmnuniyyətlə elan edirəm. Rüsumlar 25 faizə qaldırılacaq”.
Tramp İranla bağlı məsələyə də toxunaraq qeyd edib: “İranın təqdim etdiyi son təklif məni qane etmədi. Onlar razılaşma əldə etmək istəyirlər, lakin mən bundan razı deyiləm, buna görə də hadisələrin necə inkişaf edəcəyini görəcəyik. İran razılaşma istəyir, çünki faktiki olaraq demək olar ki, hərbi gücü qalmayıb. Amma bu təklif məni qane etmir”.
//Gülnarə Abasova, Editor.az

