Çin, Rusiya və Yaponiya arasında mümkün qarşıdurma riski ilə bağlı xəbərdarlıq edibbackend

Çin, Rusiya və Yaponiya arasında mümkün qarşıdurma riski ilə bağlı xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son on ildə Amerika Birləşmiş Ştatlarının qlobal hegemonluğu əhəmiyyətli dərəcədə zəifləyib və bu vəziyyət aparıcı qlobal güclər üçün yeni imkan pəncərəsi yaradıb.

Editor.az xəbər verir ki, bu qənaət Çin portalı Sohu tərəfindən yayımlanan analitik hesabatda əks olunub.

Müəlliflərin vurğuladığı kimi, Rusiya Avrasiya bölgəsində mövqelərini ardıcıl şəkildə gücləndirir. Bu, Suriyadakı hərbi kontingentin möhkəmləndirilməsi, Mərkəzi Asiya ölkələri ilə müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və “Nord Stream” kimi iri enerji layihələrinin həyata keçirilməsi ilə özünü göstərir.

Çinli ekspertlər bildirirlər ki, Moskva yalnız regional mövqeyini möhkəmləndirməklə kifayətlənmir, eyni zamanda mərkəzi rol oynayacağı çoxqütblü dünya nizamının əsaslarını formalaşdırır. Xəbərdə qeyd olunur ki, artan müdafiə büdcəsi və hipersəs silahlarının istismara verilməsi Rusiyaya Şərqi Avropa, Yaxın Şərq və Arktika bölgəsində hərbi üstünlük qazandırır.

 

//Gülnarə Abasova, Editor.az