Bakıda 257 nömrəli məktəbdə nə baş verir? – RƏSMİ AÇIQLAMAbackend

Bakıda 257 nömrəli məktəbdə nə baş verir? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonunda yerləşən 257 nömrəli tam orta məktəb rəhbərliyi bir neçə şagirdin səhhətində yaranan problemlə bağlı münasibət bildirib.

Editor.az  “Trend”ə istinadla xəbər verir ki, məktəbdən verilən məlumata görə, mayın 1-də nəm salfetdən istifadə nəticəsində məktəbin V sinfinin bir neçə şagirdinin əlində allergik əlamətlər müşahidə olunub.

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilib, şagirdlər yerində müayinə olunub və onlara müvafiq yardım göstərilib. Həmçinin aidiyyəti dövlət qurumları və şagirdlərin valideynləri məsələ ilə bağlı məlumatlandırılıb. Hazırda şagirdlərin sağlamlıq vəziyyəti normaldır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə isə saat 15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Xətai rayonu, 257 nömrəli məktəbdən nəm salfetdən keçən allergiya səbəbi ilə çağırış qeydə alınıb.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfərə yerində ilkin tibbi yardım olunub”, – deyə əlavə edilib.