Son həftədə İrana qarşı ikinci sanksiyalar paketibackend

Son həftədə İrana qarşı ikinci sanksiyalar paketi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamaya görə, bu gün ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. 6 fiziki şəxs və 21 hüquqi şəxs, eləcə də 1 gəmi – Panama bayrağı altında üzən “New Fusion” tankeri qara siyahıya əlavə edilib.

Yeni məhdudiyyətlərin hədəfində olanlar arasında bir Çin vətəndaşının da olduğu qeyd olunur. Sanksiyalara məruz qalan bəzi qurumlar da Çində qeydiyyatdan keçib.

Qeyd etmək lazımdır ki, ABŞ bir həftə ərzində ikinci dəfə İrana qarşı yeni sanksiyalar tətbiq edir. Onlar Vaşinqtonun fikrincə, İslam Respublikasının “kölgə bank arxitekturasına nəzarət edən” şəxsləri və şirkətləri hədəfə alıblar.

//Samir Qurbanov, Editor.az