Şəmkirdə narkotik yetişdirənlər şəxs saxlanılıb – FOTObackend

Şəmkirdə narkotik yetişdirənlər şəxs saxlanılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakini Mehman Bayramov saxlanılıb. Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, şübhəli şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə – Kannabis bitkilərinin olması müəyyən edilib. Əraziyə baxış zamanı oradan 17 ədəd ümumi çəkisi 5 kq-dan çox olan narkotik çətənə kolları aşkarlanaraq götürülüb.

Şöbənin Cinayət-Axtarışı Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini Sənani Cəfərovun yaşadığı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Aşkarlanan çətənə kolları ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.