Sevgilisinin dəfn mərasimindən sonra video çəkib yoxa çıxdıbackend

Sevgilisinin dəfn mərasimindən sonra video çəkib yoxa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adananın Kozan rayonunda 5 gün əvvəl itən 19 yaşlı Hakan Demiryürek üçün jandarma səfərbər olub.

Editor.az  musavat.com-a istinadən bildirir ki, gəncin sosial mediada yayımladığı video onun intihar etməsi ehtimalını artırıb.

19 yaşlı gənc “Əlvida demədən getmək olmaz. Hamınız yaxşı insanlarsınız. Mən sizi sevirəm. Bəziləri zəifdir, mənim kimi, mən güclü deyiləm”, – deyə videoda bildirib.

Sentyabrın 2-də Kozanda sinifdə sevgilisinin dəfn mərasiminə qatıldıqdan sonra “WhatsApp” qrupuna vida mesajı ilə video göndərərək yoxa çıxan Hakan Demiryürek təhlükəsizlik qüvvələri və ailəsi ilə birlikdə rayonun hər yerində axtarılır.