Şimal axınında boruları kim partladıb?backend

Şimal axınında boruları kim partladıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ qazını Baltik dənizinin dibi ilə Almaniya və digər Avropa ölkələrinə daşıyan “Şimal axını 1 və 2” boru kəmərlərində sızmanın arxasında təxribatın ola biləcəyi iddiası güclənir. Tərəflər sızmanın səbəbi ilə bağlı konkret sübutlar irəli sürə bilməsələr də ittihamlar yerini hərbi təhdidlərə verməyə başlayıb. NATO üzv ölkələrin infrastrukturuna hər hansı müdaxiləyə dərhal cavab verəcəyini açıqlayıb. Rusiya isə ona qarşı irəli sürülən ittihamları qəbul etməsə də boru kəmərlərinə hücumun arxasında ABŞ-ın ola biləcəyini bəyan edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, İsveç Sahil Mühafizəsinin sözçüsü Cenni Larsson, sızmalardan ikisinin Danimarkada, ikisinin isə İsveç yaxınlığındakı beynəlxalq sularda olduğunu bildirərək, dörd ayrı sızıntının baş verdiyini açıqlayıb.

Norveçin baş naziri açıqlamasında qeyd edib ki, “Şimal axını” qaz kəmərləri Avropa siyasətçilərinin işğal olunmuş Ukraynaya dəstəyini sarsıtmaq üçün aparılan hibrid müharibənin bir hissəsi ola bilər.

“Şimal axını” neft kəmərlərinə dəyən ziyanla bağlı dünən NATO tərəfindən rəsmi açıqlama verilib.

“Bütün məlumatlar dağıntının qəsdən və məsuliyyətsiz təxribat aktı nəticəsində baş verdiyini göstərir, müttəfiqlərin qəsdən edilən istənilən hücumu vahid və qətiyyətli cavab tapacaq”,- bəyanatda deyilir.

//Safura Bənnayeva, Editor.az