Sumqayıtda MƏŞHUR CİBGİR SAXLANILDI – VİDEObackend

Sumqayıtda MƏŞHUR CİBGİR SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda cibgirliklə məşğul olan şəxs tutulub.

Editor.az  DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin keçdiyi tədbirlərlə cibgirlik edən 40 yaşlı Binyat Binyatov saxlanılıb.

Araşdırma zamanı onun avtobusda qadının içərisində 1500 manat, bank kartları və sənədləri olan çantasını oğurladığı məlum olub. B.Binyatovun qanunsuz hərəkətləri avtobusda quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.
Ətraflı

Saxlanılan şəxsin başqa bu kimi analoji cinayətlər törətməsi istisna edilmir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

Qeyd edək ki, B.Binyatov əvvəllər də məhkumluq həyatı yaşayıb.