Talibanın ABŞ hücumları ilə bağlı bəyanatı: “Doha razılaşması pozulur”backend

Talibanın ABŞ hücumları ilə bağlı bəyanatı: “Doha razılaşması pozulur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban sözçüsü ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildə Əl-Qaidə lideri Ayman Zəvahirinin ölümünə səbəb olan PUA hücumunu pisləyib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Taliban sözçüsü Zabiullah Mücahid şəxsi Twitter hesabında verdiyi açıqlamada qeyd olunub. Mücahid hücumu pisləyərək bunun beynəlxalq prinsiplərin və ABŞ ilə Taliban arasında 2020-ci ildə xarici qüvvələrin Əfqanıstanı tərk etməsinə dair əldə edilmiş Doha razılaşmasının pozulması olduğunu bildirib. Mücahid Zəvahirinin ölümü ilə bağlı isə açıqlama verməyib.

//Gülnarə Abasova, Editor.az