Terapevt C vitamininin qəbulu ilə bağlı mühüm məqamlara aydınlıq gətiribbackend

Terapevt C vitamininin qəbulu ilə bağlı mühüm məqamlara aydınlıq gətirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

yyən saatlarında qəbul etməyə və ya bahalı preparatlara üstünlük verməyə ehtiyac yoxdur. Mütəxəssislər bildirirlər ki, sağlam qidalanma C vitamini ehtiyacını qarşılamağın ən yaxşı yoludur. Bu vitaminin yüksək dozada qəbulu isə immuniteti əlavə olaraq gücləndirmir və həzm sistemində problemlərə səbəb ola bilər.

Editor.az xəbər verir ki, bu barədə terapevt Kseniya Noçevnaya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, C vitamini kollagenin yaranmasında, toxumaların bərpasında, immun sisteminin fəaliyyətində və orqanizmin antioksidant müdafiəsində mühüm rol oynayır. Bundan əlavə, bitki mənşəli qidalarda olan qeyri-hem dəmirin mənimsənilməsini yaxşılaşdırır.

Mütəxəssis qeyd edib ki, sağlam insanlarda immuniteti gücləndirmək məqsədilə yüksək dozada C vitamini qəbuluna, adətən, ehtiyac yoxdur.

C vitamininin əsas mənbələri arasında şirin bibər, qara qarağat, itburnu, kivi, sitrus meyvələri, brokoli, kələm və göyərti yer alır. Həkim vurğulayıb ki, meyvə və tərəvəzlər vasitəsilə vitamin qəbul etmək daha məqsədəuyğundur. Çünki bu məhsullar orqanizmi eyni zamanda lif və digər faydalı maddələrlə də təmin edir.

 bilər.

Həkimin sözlərinə görə, C vitamini preparatlarının qəbulu üçün xüsusi saat məhdudiyyəti yoxdur. Həkim tövsiyə etdiyi halda preparatı səhər və ya axşam, acqarına və ya yeməklə birlikdə qəbul etmək mümkündür. Lakin mədəsi həssas olan insanlarda askorbin turşusu qıcqırma, ürəkbulanma və qarında narahatlıq yarada bilər. Belə hallarda preparatın yeməkdən sonra qəbulu daha məqsədəuyğundur.

Terapevt orqanizmin C vitaminini mənimsəmə imkanlarının məhdud olduğunu da diqqətə çatdırıb. Orta miqdarda qəbul zamanı vitaminin təxminən 70–90 faizi mənimsənilir. Birdəfəlik qəbul edilən doza 1 qramı keçdikdə isə bu göstərici 50 faizdən aşağı düşür.

Mütəxəssis xəbərdarlıq edib ki, gündə bir neçə qram C vitamini qəbul etmək orqanizmin müdafiə qabiliyyətini artırmır. Əksinə, bu, ishal, qarın ağrısı və spazmların yaranma ehtimalını yüksəldir.

//Gülnarə Abasova, Editor.az