ABŞ lideri Donald Tramp Çində baş tutan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Si Cinpinin çıxışını dinləyərkən mürgüləyib.
Editor.az xəbər verir ki, məlumatı news.ru saytı yayıb.
ABŞ prezidenti Çin rəhbərinin nitqi vaxtı gözlərini yumaraq başıaşağı vəziyyətdə masada əyləşib.
Jurnalistlərin ehtimalına əsasən, Ağ Ev rəhbərinin bu durumu uzunmüddətli uçuş və saat qurşağının dəyişməsi nəticəsində yaranan kəskin yorğunluqla əlaqədar ola bilər.

