Tramp öz ölkəsini məhkəməyə verdi: Həmin sənədlər oxunmasın deyə…backend

Tramp öz ölkəsini məhkəməyə verdi: Həmin sənədlər oxunmasın deyə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 ABŞ-ın keçmiş prezidenti Donald Tramp FTB-nin evinə basqın təşkil etdiyinə görə ABŞ ştatını məhkəməyə verib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Tramp iş üzrə təyin ediləcək ekspert sənədləri araşdırana qədər FTB-nin evinə basqın zamanı ələ keçirdiyi sənədləri oxumasının qarşısını almağı hədəfləyir.

Trampın vəkili bildirib ki, xüsusi ekspert təyin edilməlidir və həmin ekspertlər ya təqaüdçü həkimlər, ya da vəkillərdən seçilir. Çünki FTB basqında potensial olaraq özəl sənədləri ələ keçirib və hansı sənədlərin olduğunu öyrənməyə çalışıb. Avqustun 8-də Trampın Mar-a-Laqodakı evinə basqın zamanı Trampın Ağ Evdən qeyri-qanuni çıxardığı sənədlər tələb edilib. Bəzi mənbələrə görə, axtarış qərarı Casusluq Qanununa əsasən verilib və axtarılan sənədlərin bəziləri nüvə silahı ilə bağlı olub. Tramp evinə basqını Bayden administrasiyasının ona qarşı etdiyini iddia etdiyi “səhv rəftarın” bir hissəsi kimi təsvir edir.

//Safura Bənnayeva, Editor.az