Türkiyə və Ukrayna müdafiə nazirləri görüşübbackend

Türkiyə və Ukrayna müdafiə nazirləri görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Oleksey Reznikov arasında görüş baş tutub.

Editor.az bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.

Görüş zamanı Akar Ukrayna böhranın diplomatik həllininin vacibliyini vurğulayıb. Bildirilir ki, türkiyəli nazir Mauripolda mülki şəxslərin qurudan və dənizdən təhlükəsiz şəkildə təxliyyə edilməsinin vacibliyini də dilə gətirib.

Eyni zamanda, Akar Türkiyənin Ukraynaya humanitar yardım üçün üzərinə düşəni etməyə davam edəcəyini bildirib.

//Gülnarə Abasova, Editor.az