Türkiyəli nazir İRƏVANDA – SƏBƏBbackend

Türkiyəli nazir İRƏVANDA – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu Ermənistan və Türkiyə arasında futbol matçının keçiriləcəyi İrəvan şəhərinə gedib.

Editor.az bizim.media-ya istinadən bildirir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Bildirilib ki, Türkiyə nümayəndə heyətinin olduğu təyyarə bir neçə dəqiqə əvvəl paytaxt hava limanına enib.

Qeyd edək ki, Ermənistan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsinin ilk oyununu bu gün Türkiyə yığması ilə keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.