“Ukrayna yaxın vaxtlarda Krımı izolyasiya edəcək” – “Madyar”backend

“Ukrayna yaxın vaxtlarda Krımı izolyasiya edəcək” – “Madyar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiyanın işğal etdiyi Krım yarımadasının “izolyasiyası” istiqamətində planını intensiv şəkildə həyata keçirir.

Editor.az xəbər verir ki, bu barədə Reuters agentliyi Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər üzrə komandanı Robert Brovdi (“Madyar”) istinadla məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusunun dronlarla həyata keçirdiyi zərbələr artıq Rusiya tərəfindən işğal olunmuş ərazilərdə hərbi logistika zəncirinə ciddi təsir göstərib. Xüsusilə yanacaq təchizatında çətinliklərin yarandığı bildirilir.
“Reuters”in yazdığına əsasən, bu əməliyyatlar nəticəsində Krımdakı Rusiya təyin etdiyi administrasiya yanacaq satışına məhdudiyyətlər və normativ qaydalar tətbiq etməyə məcbur olub.

Ukrayna tərəfi hesab edir ki, davam edən dron kampaniyası Krımın Rusiya ilə logistik əlaqələrini zəiflətmək və yarımadanı mərhələli şəkildə təcrid etmək məqsədi daşıyır.
Hazırda Rusiya tərəfi bu iddialarla bağlı rəsmi və geniş açıqlama verməyib.

//Samir Qurbanov, Editor.az