Rusiya hərbi sirlərini okeanın o tayına ötürən şəxs tutuldu-ANBAN VİDEObackend

Rusiya hərbi sirlərini okeanın o tayına ötürən şəxs tutuldu-ANBAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) ölkənin uzaq şərqində beynəlxalq kəşfiyyat şəbəkəsinə qarşı irimiqyaslı əməliyyat keçirib.

Musavat.com xəbər verir ki, FSB Xabarovsk şəhərində Yeni Zelandiya kəşfiyyatının xeyrinə casusluq etməkdə şübhəli bilinən yerli sakini rəsmən həbs edib. Rəsmi ittihama görə, saxlanılan şəxs ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyanın da daxil olduğu dünyanın ən güclü kəşfiyyat ittifaqı – “Beş göz” (Five Eyes) şəbəkəsinə məxfi məlumatlar ötürürmüş.

Xarici xüsusi xidmət orqanlarının əsas maraq dairəsinin Rusiya Federasiyasının Asiya-Sakit okean regionu ölkələri ilə apardığı gizli hərbi və hərbi-texniki əməkdaşlıq barədə strateji məlumatlar olduğu bildirilir.

FSB-nin əks-kəşfiyyat idarəsi tərəfindən həyata keçirilən bu uğurlu əməliyyat nəticəsində dövlətə xəyanət şəbəkəsinin mühüm bir qolu çökdürülüb. Hazırda faktla bağlı cinayət işi açılıb və casusluqda ittiham olunan rusiyalı vətəndaşı qanunvericiliyə əsasən ömürlük həbs cəzası gözləyir.