Ukraynada münaqişə necə DAVAM EDƏCƏK?- “The Guardian”dan 5 fərqli ssenari PROQNOZUbackend

Ukraynada münaqişə necə DAVAM EDƏCƏK?– “The Guardian”dan 5 fərqli ssenari PROQNOZU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın “Guardian” qəzetinin yazarlarından Den Sabbaq yaxın 6 ayda Ukraynadakı münaqişənin gedişatı ilə bağlı 5 mümkün ssenari proqnozlaşdırıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Sabbaqın ilk proqnozu ondan ibarətdir ki, münaqişə daha bir il də davam edəcək, lakin yazdakı kimi gərgin olmayacaq və Moskva və Kiyev sülh danışıqları aparmayacaq.

İkinci ssenariyə görə, Ukrayna əks-hücuma keçməyəcək və uzun mənzilli raket sistemləri ilə bombardman etməklə yanaşı, partizan basqın taktikasından istifadə etməyə başlayacaq. Üçüncü ssenaridə Rusiyanın hücumlarını davam etdirəcəyi, lakin əsas məqsədinin Ukrayna torpaqlarını əlində saxlamaq olacağı proqnozlaşdırılır. Dördüncü alternativ odur ki, qışın gəlməsi ilə miqrant böhranı daha yaxşı hazırlaşa bilənlər üçün əlavə imkanlar yaradacaq. Beşinci ssenariyə görə, Qərb Ukraynanın qalib gəlməsini istəyirsə sadəcə dayanıb qərar verməlidir, çünki Kiyev hərbi yardım olmadan məğlub olacaq. Eyni zamanda, Ukraynanın ayda 5 milyard dollar büdcə kəsiri var və avropalıların sonrakı yardımı bundan qat-qat baha başa gələcək və əsas sual Qərb ölkələrinin bu qurbanlara hazır olub-olmamasıdır.

//Gülnarə Abasova, Editor.az