Ukraynadan PUA qərarı: Deportasiya BAŞLADIbackend

Ukraynadan PUA qərarı: Deportasiya BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Rusiyaya pilotsuz uçuş aparatları göndərdiyi aşkarlandıqdan sonra Ukrayna rəhbərliyi iranlı tələbələri ölkədən çıxarmağa başlayıb.

Editor.az-ın xarici mediaya istinadən xəbərinə görə, Ukraynada təhsil alan iranlı tələbələr Ukrayna hakimiyyətinin İranın Rusiyaya pilotsuz təyyarələr çatdırdığını əsas gətirərək tələbə vizalarını uzatmaqdan imtina etdiyini bildiriblər.

İranlı tələbələrin sözlərinə görə, Ukrayna dövlət rəsmiləri İran administrasiyasının hərəkətlərinə görə tələbələri günahlandırıblar. Ukrayna hakimiyyəti iranlı tələbələrə ölkəni tərk etmək üçün 10 gün möhlət verib. Digər tərəfdən, İran mediasının məlumatına görə, pasportlarına möhür vurulan iranlı tələbələrin də 3 il müddətinə Ukraynaya girişinə qadağa qoyulduğu iddia edilib.

//Safura Bənnayeva, Editor.az