Ukraynadan sonra Kremlin hədəfində kimlər və nələr var: hərbi ekspertdən şok açıqlamalarbackend

Ukraynadan sonra Kremlin hədəfində kimlər və nələr var: hərbi ekspertdən şok açıqlamalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi ekspert Aleksey Melnik Donbassda qələbə qazanacağı təqdirdə Putinin növbəti hədəflərini açıqlayıb.

Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən məlumat verir. Melnikin fikrincə, Ukraynadan sonra hədəfdə Moldovadır. Çünki Rusiya prezidentinin sadəcə olaraq geriyə yolu olmayacaq. Moldovanı tutandan sonra isə ruslar Kalininqrada “dəhliz” aça bilərlər.

“Rusiyanın Ukraynaya qarşı müharibənin ikinci mərhələsi ilə bağlı səsləndirdiyi planlar əslində Kremlin bizim ölkə ilə kifayətlənmək niyyətində olmadığını göstərir. Növbəti ehtimal olunan hədəf Dnestryanı, Moldova, daha sonra isə Kalininqrada quru dəhlizidir”, – deyə Melnik izah edib. Melnik həmçinin qeyd edib ki, Putinin planlarının uğuru və ya uğursuzluğu birbaşa Avropanın ruslarla müharibədə Ukraynanın müqavimətini dəstəkləmək istəyindən asılıdır: “Bu tapşırıqların elanından sonra Putinin geri dönüşü yoxdur – Rusiya üçün baha başa gəlsə də, o həmin hədəflərə doğru getməlidir. Təcavüzü dayandırmaq məsələsində isə əsas amil Qərbin dəstəyi ilə Ukrayna ordusunun gücü olacaq”.