Ukraynanın hücumu nəticəsində Xersonda hərbi-mülki administrasiya rəhbərinin müavini ölüb-FOTObackend

Ukraynanın hücumu nəticəsində Xersonda hərbi-mülki administrasiya rəhbərinin müavini ölüb-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun nəzarətində olan Xerson vilayətinin hərbi-mülki administrasiyası rəhbərinin birinci müavini Aleksey Kateriniçevin Ukrayna qüvvələrinin Xersonun mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində öldüyü açıqlanıb.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Kateriniçev avqustun 18-dən Xerson administrasiyası rəhbərinin birinci müavini vəzifəsində çalışırdı.

Bildirilir ki, 1996-2021-ci illərdə sərhəd qoşunlarında xidmət etdiyi qeyd olunan Kateriniçev ölümündən əvvəl iştirak etdiyi əməliyyatlarda üç dəfə “İgidliyə görə” medalı ilə təltif edilib.

//Gülnarə Abasova, Editor.az