Ukraynanın titullu idmançısı döyüşlərdə həlak oldubackend

Ukraynanın titullu idmançısı döyüşlərdə həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı tanınmış atlet Anatoli Zeruk həlak olub.

Editor.az report-a istinadən bildirir ki, titullu idmançı Xerson uğrunda gedən döyüşlərdə öldürülüb.

54 yaşlı veteran 2019-cu ildən Ukrayna Silahlı Qüvvələrində çavuş rütbəsində xidmət edirdi.

O, Ukrayna prezidenti Volodimir Zelenskinin fərmanı ilə ölkənin suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaət və fədakar fəaliyyətə, hərbi anda sədaqətinə görə III dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, beynəlxalq dərəcəli idman ustası olan Anatoli Zeruk 1993-cü ildən atletika üzrə Ukrayna çempionatlarında, 1996 – 2005-ci illərdə isə marafon yarışlarında iştirak edib. O, dəfələrlə beynəlxalq yarışların qalibi və mükafatçısı olub. 1999-cu ildə Niderlanddakı Ensxede marafonunda bütün rəqiblərini qabaqlamış atlet 5 il sonra Fransadakı yarışın ən yaxşısı adına layiq görülüb.

O, 1998-ci ildə Almaniyanın Hamburq şəhərində keçirilmiş marafon yarışlarında 2 saat 11 dəqiqə 50 saniyəlik göstərici ilə Ukrayna rekordunu yeniləyib.