Ukraynaya endirilən raket zərbələrindən sonra Kadırovun keyfi kökdürbackend

Ukraynaya endirilən raket zərbələrindən sonra Kadırovun keyfi kökdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndiki vəziyyət məni yüz faiz qane edir”.

Editor.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın bir çox şəhərlərinə raket zərbələrinin endirilməsindən sonra Telegram-da dərc edib. “Zelenski Kiyevə və digər şəhərlərə uçan raketlərdən şikayətlənir… Qaç, Zelenski, Qərbə doğru baxmadan qaç.

İndi mən HHQ-nin işindən yüz faiz razıyam”, – Kadırov mesajında bildirib. Qeyd edək ki, Ukrayna ərazisinə raket zərbələri bu gün, oktyabrın 10-da başlanıb. Ukrayna rəsmiləri yaralananlar və ölən dinc sakinlər barədə məlumat verib. Bəzi ərazilərdə işıq, su və rabitə xətlərində fasilələr yaranıb.

  //Samir,Editor.az