Xankəndidə silah-sursat aşkarlanıbbackend

Xankəndidə silah-sursat aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndində silah-sursat aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-də Xankəndi şəhəri ərazisində bir ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, dörd tapança, doqquz ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5 775 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.