Yaxın günlərdə Mətbuat Şurasının İH-i qurultayın vaxtını müəyyənləşdirəcək, qurultayda yeni sədr seçiləcəkbackend

Yaxın günlərdə Mətbuat Şurasının İH-i qurultayın vaxtını müəyyənləşdirəcək, qurultayda yeni sədr seçiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Mətbuat Şurasının (MŞ) növbəti qurultayı yaxınlaşır. Yaxın günlərdə İdarə Heyətinin toplantısı olacaq və qurultayın vaxtı müəyyənləşdiriləcək”.

Bu barədə  açıqlamasında MŞ-nin İdarə Heyətinin üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, qurultayda sədr seçkisi də baş tutacaq: “Orada jurnalistlər kimi dəstəkləyərsə, həmin şəxs də MŞ-nin sədri olacaq”.

Xatırladaq ki, Azərbaycan Mətbuat Şurasının (MŞ) sonuncu – VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in sədri Əflatun Amaşovdur.

Qeyd edək ki, unikal.org saytı Əflatun Amaşovun MŞ-nin sədrliyindən gedəcəyi, onu Rəşad Məcidin əvəzləyəcəyi barədə məlumat yayıb.

Report