Zaporojye AES zədələnib: radiasiyanın sızma riski çox böyükdürbackend

Zaporojye AES zədələnib: radiasiyanın sızma riski çox böyükdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaporojye AES radiasiya və yanğın təhlükəsi standartlarını pozma riski ilə işləyir – ruslar bir sıra obyektləri, xüsusilə də yanğınsöndürmə məntəqəsini atəşə tutublar.

Editor.az bildirir ki, bu barədə “Energoatom” məlumat yayıb. Qeyd olunur ki, ötən həftədən Rusiya hərbçiləri tərəfindən Zaporojye AES-in RSZO ilə vaxtaşırı atəşə tutulması stansiyanın təhlükəsiz istismarı üçün ciddi riskə səbəb olub. Xüsusilə, hücum nəticəsində ZAES enerji bloklarından birində qəza mühafizəsi işə düşüb.

Nəticədə üç işləyən güc blokundan biri indi oflayn işləyir. Atışma zamanı azot-oksigen stansiyasına, birləşmiş köməkçi binaya, tullantı sular üçün nasos stansiyasına, həmçinin 750 kV-luq açıq paylayıcı qurğuya (VRP-750) ciddi ziyan dəyib. “İşğalçılar ZAES ərazisindən kənarda yerləşən və onu yanğından qorumaq və stansiyada fövqəladə hallar zamanı onları söndürmək üçün nəzərdə tutulmuş yanğınsöndürmə məntəqəsini də atəşə tuturlar. Hidrogen sızması və radioaktiv çiləmə riski hələ də mövcuddur və yanğın təhlükəsi yüksəkdir”., – “Energoatom”un sözçüsü əlavə edib.

Bundan başqa Zaporojyea AES-in anbarının ətrafındakı üç radiasiya monitorinqi sensoru da zədələnib.

“ZAES hələ də Rusiya hərbçilərinin nəzarətindədir. İşğalçıların hərəkətlərini qabaqcadan görmək mümkün olmadığını nəzərə alsaq, stansiyanın fiziki təhlükə altında olduğunu deyə bilərik”, – mesajda deyilir.

// Samir, Editor.az