backend

Yuliya Timoşenko prezident olmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko Ukrayanda 2019-cu ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.
 
Bu barədə “NewsOne” telekanalı məlumat verib.
“Namizədliyimi irəli sürəcəyəm. Biz ölkəni ayağa qaldırmaq üçün qalib gələcəyik”, deyə Y.Timoşenko bildirib.
O həmçinin hazırkı dövlət başçısı Petro Poroşenkonu korrupsiyada ittiham edib.
Qeyd edək ki, 56 yaşlı Y.Timoşenko 2005-ci və 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub.
//APA