backend

Babasının evində meyiti tapıldı – Azərbaycanda faciə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində baş vermiş dəhşətli yanğınla bağlı bəzi məqamlar üzə çıxıb.
33 yaşlı Anar Cəfərovun yanaraq öldüyü ev onun bir müddət əvvəl vəfat etmiş babasına məxsus olub. Belə ki, valideynləri boşanandan sonra onun Gəncədə yaşayan anası Türkiyəyə işləməyə gedib. Anar Cəfərov isə babasının Şəmkirdəki evində yaşamağa başlayıb. Dayısıgil Rusiyaya köçdüyündən o, burada tək yaşayırmış və günəmuzd fəhləliklə məşğul olurmuş.
Məlum hadisəyə gəlincə, maddi cəhətdən imkansız olduğundan A.Cəfərov elektrik enerjisinin pulunu ödəyə bilmirmiş və bu səbəbdən evə gələn xətt kəsilib. Buna görə də o, gecələr evi işıqlandırmaq üçün şamdan istifadə edirmiş. Həmin şamdan başlayan yanğın mənzildə güclü tüstü yaratdığından 33 yaşlı kişi evi tərk edə bilməyib və otaqda tamamilə yanaraq ölüb.
Qeyd edək ki, A.Cəfərov subay olub.
Faktla bağlı araşdırmalar aparılır.
///lent.az