Bakıda qadının bank hesabından pul oğurlandıbackend

Bakıda qadının bank hesabından pul oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Polis əməkdaşlarının operativliyi sayəsində bank hesabından oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, əməliyyat Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Əməliyyat müraciət edən Bakı şəhər sakini olan qadın tərəfindən baş tutub.
Qadın polisə müraciət edərək yanvarın 3-də bank hesabından 5405 manatının çıxarılaraq oğurlandığını bildirib.
Məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Ramil Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.