Millətlər Liqasının final mərhələsi start götürürbackend

Millətlər Liqasının final mərhələsi start götürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Millətlər Liqası turnirində ilk mövsümün final mərhələsinə start veriləcək.

yarışın mükafatçıları Portuqaliyada müəyyənləşəcək.

Qrup mərhələsinin oyunları ötən ilin payızında baş tutan 2018/19 mövsümünün qalibi adına 4 iddiaçı qalıb. Bunlar A liqasında qrup qalibi olan Portuqaliya, İngiltərə, Hollandiya və İsveçrə yığmalarıdı.

Final mərhələsinin görüşlərinə iki şəhər – Gimaraynş və Portu ev sahibliyi edəcək. İlk qarşılaşmada Portunun “Draqao” stadionunda keçiriləcək. Meydan sahibləri İsveçrəni qəbul edəcək. Ertəsi gün Gimaraynşda İngiltərə ilə Hollandiya üz-üzə gələcək.

Final və III yer uğrunda matç iyunun 9-da keçiriləcək. Turnirin qalibi kubokun ilk sahibi olmaqla yanaşı, pul mükafatı da əldə edəcək. Millətlər Liqasının çempionu 10,5, finalçı isə 9 milyon avro əldə edəcək. Üçüncü yerin sahibi 8, mükafatçılar sırasına düşə bilməyən komanda 7 milyon qazanacaq.

Millətlər Liqası

Yarımfinal

5 iyun

 

22:45. Portuqaliya – İsveçrə

Portu. “Draqao” stadionu

6 iyun

22:45. Hollandiya – İngiltərə

Gimaraynş. Afonso Enrike stadionu

//goal.az