Putinə son xahiş: Türk ölkəsini qorumaq üçün…

01:43 | 12 İyul, 2017

Tatarıstan Dövlət Şurasının deputatları Rusiya Prezidenti Vladimir Putindən federal və regional hökumət orqanları arasındakı səlahiyyətlərin bölüşdürülməsi haqqında müqavilənin müddətinin uzadılmasını istəyəcəklər.
bunu jurnalistlərə açıqlamasında tatarıstanlı deputat Nikolay Rıbuşkin söyləyib. O, sənədin fəaliyyət müddətinin uzadılmayacağı təqdirdə ölkənin konstitusiyasında dəyişikliklər ediləcəyini bildirib.
Rıbuşkin müraciətdə Tatarıstanın lideri vəzifəsinin prezident olaraq qalmasını da xahiş edəcəklərini söyləyib.
Qeyd edək ki, bir müddət öncə Rusiyada bütün muxtar respublika rəhbərlərinin prezident vəzifəsi ləğv edilib. Artıq onlar “muxtar respublika rəhbəri” adlandırılırlar. Rusiya Prezidenti Vladimir Putinin bu təşəbbüsünün yeganə icra olunmadığı məkan isə Tatarıstandır. Özünün daxili müstəqilliyinə sahib olan Tatarıstanda Rüstəm Minnixanov hələ də prezident adlandırılır.
Moskva və Kazan arasında səlahiyyətlərin bölüşdürülməsi haqqında son razılaşma 2007-ci ildə imzalanıb. Avqustda bitən razılaşmaya əsasən Tatarıstan özü müstəqil şəkildə xarici siyasi əlaqələr qura bilər, amma beynəlxalq razılaşmaları Moskva ilə birgə imzalamalıdır. Üstəlik, Tatarıstan prezident təkcə rus yox, həm də tatarca mütləq danışmalıdır.
 
//Axar.az