10 günlük körpənin yanıq xəsarətləri almasının TƏFƏRRÜATIbackend

10 günlük körpənin yanıq xəsarətləri almasının TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda 10 günlük körpənin yanıq xəsarətləri aldığı hadisənin təfərrüatı bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Sumqayıtda yaşayan ailənin dörd azyaşlı qız övladı var. Maddi durumları yaxşı deyil.

5 yaşlı qız bacısını qucağına alıb oynatmaq istəyib. Elə bu zaman qızın digər əlində olan qaynar çay körpənin boyun nahiyəsindən tökülüb.

19.06.2024-cü il tarixində saat 21:22-də kürək nahiyəsində yanıq xəsarəti ilə 10 günlük körpə (qadın cinsli) təcili tibbi yardım vasitəsilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasına yerləşdirilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, azyaşlıya təcili yardım şöbəsində zəruri ilkin tibbi yardım göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub:

“Ona başın təpə ənsəsinin, boynun arxası, sol kürək nahiyəsi və sol çiyin qurşağının II və III dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Hazırda körpənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.

Sumqayıtda 13 günlük körpə yanıq xəsarəti alıb.

“Report” un yerli bürosu məlumat verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Şəhər sakini, 2024-cü il təvəllüdlü (13 günlük) Zeynəb Yaşar qızı Xanməmmədli yaşadığı evdə ehtiyatsızlıq zəminində üzərinə qaynar su tökülməsi nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb.