Rubiodan İrana sərt mesaj: “Boğazlar istənilən halda açılacaq”backend

Rubiodan İrana sərt mesaj: “Boğazlar istənilən halda açılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Marco Rubio İran ərazisində bəzi hədəflərə qarşı həyata keçirilən yeni hava hücumlarından sonra Yaxın Şərqdə strateji dəniz keçidlərinin açıq qalmasının vacibliyini vurğulayıb.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb. Rubio bildirib ki, boğazlar açıq qalmalıdır və hər bir halda açılacaq.

Məlumata görə, daha əvvəl İranın cənub bölgələrində partlayışlar qeydə alınıb. Hadisədən sonra United States Central Command sözçüsü Tim Hokins ABŞ qüvvələrinin İranın cənubunda raket buraxılış platformalarını və mina yerləşdirdiyi iddia olunan qayıqları hədəf aldığını açıqlayıb.

Bölgədə hərbi gərginlik artsa da, diplomatik təmasların davam etdiyi bildirilir. Rubio bazar ertəsi verdiyi açıqlamada İranla nüvə proqramı üzrə müvəqqəti razılaşmanın əldə olunması ehtimalının yüksək olduğunu deyib.

//Gülnarə Abasova, Editor.az