Təxminən 3 milyard dollar xərcləməsinə baxmayaraq, Vladimir Putin Rusiyada istədiyi qədər populyar deyil.
“Forbes” jurnalının məlumatına görə, o, çətinliklərlə üzləşməyə başlayıb. Qeyd olunur ki, Kremlin təbliğat vasitəsi kimi istifadə etdiyi rəsmi sorğular belə, Rusiya diktatorunun reytinqinin kəskin şəkildə azaldığını göstərir – fevral ayında 74%-ə qarşı, aprel ayında 65,6%-ə, ona olan etimad isə eyni dövrdə 7 bal azalaraq 71%-ə düşüb.
Demokratik bir ölkədə bu rəqəmlər yüksək görünə bilər, amma Rusiya üçün bu, 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı müharibənin başlamasından bəri ən pis nəticədir. Sorğu metodologiyasında belə dəyişiklik bu rəqəmi yalnız 1% artırıb.
//Samir Qurbanov, Editor.az


