Bu market rəflərinin yanından belə keçməyin – ŞOK TƏHLÜKƏbackend

Bu market rəflərinin yanından belə keçməyin – ŞOK TƏHLÜKƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qidalanma mütəxəssisləri marketlərdə satılan bəzi məhsulların sağlamlıq baxımından ciddi risklər daşıya biləcəyi barədə xəbərdarlıq ediblər. Xüsusilə yüksək dərəcədə emal olunan, tərkibində çoxlu qatqı maddəsi olan və uzun müddət saxlanmaq üçün hazırlanmış məhsulların mümkün qədər az istehlak edilməsi tövsiyə olunur.

Musavat.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, marketlərdə ən riskli hesab olunan bölmələrdən biri işlənmiş qida məhsullarının yerləşdiyi rəflərdir. Xüsusilə kolbasa, sosiska, paketlənmiş hazır yeməklər və uzunömürlü qəlyanaltı məhsullarının tərkibində yüksək miqdarda duz, şəkər və qoruyucu maddələr olur.

Xəbərdə qeyd olunur ki, şəkərli qazlı içkilər və enerji içkiləri də ən çox uzaq durulması tövsiyə edilən məhsullar sırasındadır. Diyetoloqlar bu məhsulların piylənmə, şəkər xəstəliyi və ürək-damar problemləri riskini artırdığını bildirirlər.

Bundan əlavə, rəngli qablaşdırma və reklamlarla təqdim olunan bir çox hazır desert və paketli şirniyyat məhsullarının da yüksək şəkər və trans yağ tərkibinə malik olduğu vurğulanır.

Mütəxəssislər məhsul üzərində yazılan “fit”, “light”, “təbii” və ya “şəkərsiz” ifadələrinin hər zaman sağlam məhsul mənasına gəlmədiyini bildirirlər. İstehlakçılara məhsulun arxa hissəsində yerləşən tərkib siyahısını diqqətlə oxumaq tövsiyə olunur.

Dietoloqlar xüsusilə uşaqlar və yeniyetmələr arasında paketli qəlyanaltı istehlakının artmasının gələcəkdə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini vurğulayırlar. Buna görə də təzə tərəvəz, meyvə, ev yeməkləri və minimum emal olunmuş məhsulların daha çox seçilməsi tövsiyə edilir.