12 uşağı öldürdüyünü etiraf edən cinayətkar polis bölməsindən qaçıb- FOTObackend

12 uşağı öldürdüyünü etiraf edən cinayətkar polis bölməsindən qaçıb- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniyada 12 uşaq öldürdüyünü etiraf edən cinayətkar polis idarəsindən qaçıb.

Editor.az “The Star” qəzetinin verdiyi məlumata görə xəbər verir ki, paytaxt Nairobi və ətrafında uşaq qətllərində günahlandırılan və törətdiyi əməli etiraf edən Masten Wanjala dünən səhər polis idarəsindən qaçıb.

Vanjalanın qaçması ilə polis bölməsindəki üç polis əməkdaşı nəzarətə alınıb.

Nayrobi Machakos və Qərbi Keniyada 14 uşağın öldürülməsi ilə bağlı aparılan istintaq nəticəsində nəzarətə alınan Wanjala son 4 ildə 12 uşağı öldürdüyünü etiraf edib. Cinayətlərə görə Wanjalanın əmisi oğlanları da saxlanılarkən 5 uşağın cəsədinin tapıldığı məlum olub.

//Gülnarə Abasova, Editor.az