Rusiyada vəziyyət ağırlaşır: Putin danışıqlara məcbur olacaq?backend

Rusiyada vəziyyət ağırlaşır: Putin danışıqlara məcbur olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibənin gedişində son dövrlər müşahidə olunan hərbi və iqtisadi təzyiqlər Rusiya-Ukrayna qarşıdurmasının yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə Rusiyanın strateji infrastrukturuna yönələn hücumlar, cəbhədəki vəziyyət və bunun Kremlin daxili siyasi mövqeyinə mümkün təsirləri beynəlxalq müzakirələrin əsas mövzularındandır. Mövcud şəraitdə əsas sual ondan ibarətdir ki, artan təzyiqlər tərəfləri danışıqlara yaxınlaşdıracaq, yoxsa qarşıdurma daha da kəskin xarakter alacaq.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, hal-hazırda Rusiya-Ukrayna cəbhəsində baş verənlər və Rusiyanın energetika sektorunun, hərbi sənaye kompleksinin və strateji obyektlərinin hədəfə alınması şübhəsiz ki, Ukraynanın Rusiyanı zəiflətmək taktikasıdır və bu əməliyyatların həyata keçirilməsi həm də ona hesablanıb ki, məhz Rusiyanın zəiflədilməsi onun danışıqlar masasına gəlməsinə və müharibənin dayanmasına şərait yarada bilər:

“Bu baxımdan hal-hazırda Rusiyada ciddi şəkildə yanacaq qıtlığı müşahidə olunmaqdadır. Bu da kifayət qədər ciddi bir problemə çevrilib. Artıq Putin səviyyəsində bununla bağlı etiraflar da olub və Rusiya artıq benzin və dizel yanacağının ixracını qadağan edib. Və vəziyyət Rusiya üçün getdikcə çətinləşməkdədir. Amma mən düşünmürəm ki, Rusiya məhz bu baskılardan sonra danışıqlar masasına dərhal oturacaq. Rusiya bir müddət sonra hesab edirəm ki, toparlanıb, Rusiya Ukrayna ərazilərinə zərbələr endirməklə bunun əvəzini çıxmağa çalışacaq. Amma bütün hallarda prosesdə, yəni döyüş əməliyyatlarında strateji üstünlük hələ ki Ukraynanın tərəfindədir və görünən odur ki, artıq Ukraynanın müttəfiqləri də bu təşəbbüsü əldən vermək niyyətində deyillər.

O baxımdan Rusiya müəyyən qədər müqavimət göstərib, müharibəni şiddətləndirməyə və daha sərt tədbirlər, cavablar verməyə çalışacaq. Amma hesab edirəm ki, məhz Ukraynanın bu əməliyyatları ardıcıl olaraq davam edərsə və bu da Rusiya iqtisadiyyatında ciddi problemlərə gətirib çıxaracaq ki, bu da daxildə Putin rejiminə qarşı etirazları gücləndirə bilər. O zaman Rusiya hakimiyyəti danışıqlar masasına yalnız o halda, hesab edirəm ki, gələ bilər”.

//Gülnarə Abasova, Editor.az