Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin və beynəlxalq tərəfdaşların kəşfiyyat məlumatlarına əsasən, Rusiyanın yaxın 48 saat ərzində Ukraynaya qarşı yeni kütləvi raket və hava hücumu həyata keçirə biləcəyi barədə xəbərdarlıq edib.
Zelenskinin sözlərinə görə, Rusiya hücum üçün raketlərini artıq hazırlıq vəziyyətinə gətirib. O, vətəndaşları hava həyəcanı siqnallarına ciddi yanaşmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Hazırda söhbət mümkün hücum təhlükəsindən gedir. Bu ana qədər hücumun başladığını təsdiqləyən rəsmi məlumat yayılmayıb.
//Samir Qurbanov, Editor.az

