ABŞ Avropaya hava-desant diviziyası göndərəcəkbackend

ABŞ Avropaya hava-desant diviziyası göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 ABŞ NATO-nun şərq sərhədlərini gücləndirmək qərarına gəlib. Bu bölgəyə “Screeching Eagles” (Qıy vuran qartallar) kimi tanınan hava-desant diviziyası göndəriləcək.

Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı missiyası Twitter-də məlumat yayıb. Paraşütçülərin göndərilməsi ABŞ-ın müdafiə naziri Lloyd Ostinin müvafiq vədinə əsasən baş verəvək və 101-ci hava-desant diviziyasının 2400 əsgəri Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyaya göndəriləcək. “80 ildən sonra “Screeching Eagles” kimi tanınan hava-desant diviziyası NATO-nun şərq cinahını qorumaq, müttəfiqlərimizi sakitləşdirmək və düşmənlərimizin qarşısını almaq üçün Avropaya qayıdır”, – tvitdə deyilir.

Gələn ilə qədər NATO-nun 40 minlik Çevik Reaksiya Qüvvələrinin hazırkı gücü 300 mindən çox əsgərə çatdırılmalıdır. Alyansın liderləri yeni strateji konsepsiyada etiraf ediblər ki, Rusiya məcburiyyət, təxribat, təcavüz və ilhaq yolu ilə təsir və birbaşa nəzarət sferaları yaratmağa çalışır və bu cür hərəkətlər NATO təhlükəsizliyinə birbaşa təhdiddir.

Samir Editor.az