ABŞ-da may ayı üzrə əmək bazarı göstəricilərinin gözləntiləri üstələməsindən sonra dolların məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmlənib.
Məlumata görə, 5 iyun tarixində Bloomberg Dollar Spot Index 0,1 faiz artaraq son iki aya yaxın dövrün ən yüksək gündəlik göstəricisinə çatıb. Həftəlik artım isə 0,6 faiz təşkil edib.
Analitiklər bildirirlər ki, əmək bazarında güclü nəticələr ABŞ iqtisadiyyatının dayanıqlığını göstərir və bu, investorların ABŞ Mərkəzi Bankının faiz dərəcələrini yüksək səviyyədə saxlayacağına dair gözləntilərini artırır. Nəticədə dollar əsas dünya valyutaları qarşısında dəyər qazanıb.
Maliyyə bazarlarında dolların möhkəmlənməsi investorların ABŞ aktivlərinə marağının artdığını və iqtisadiyyatın gözləniləndən daha yaxşı vəziyyətdə olduğunu göstərən siqnal kimi qiymətləndirilir.
//Samir Qurbanov, Editor.az


