ABŞ-dan Zelenskiyə rədd cavabıbackend

ABŞ-dan Zelenskiyə rədd cavabı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə baş verənləri görmək və dəyərləndirmək üçün ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkartini Kiyevə dəvət edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Makkarti CNN-ə verdiyi açıqlamasında bu ölkəyə yardımla bağlı “boş çek siyasəti” tətbiq edib-etməmək barədə qərar vermək üçün Ukraynaya getməyə ehtiyac olmadığını vurğulayıb.

Onu da qeyd edək ki, Ukrayna prezidenti Zelenski Makkartinin bu fikirlərinə əsasən onu ölkəyə dəvət edib.

“Düşünürəm ki, Makkarti heç vaxt Kiyevə və ya Ukraynaya səfər etməyib. Əgər o, Ukraynaya gəlsəydi, mövcud vəziyyət onun mövqeyini dəyişməsinə kömək edəcəkdi”,- deyə Zelenski bildirib.

//Safura Bənnayeva, Editor.az