Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi John Phelanın vəzifəsindən ayrıldığını açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Sean Parnell sosial şəbəkə hesabında paylaşım edib. O, Phelanın səlahiyyətlərini dayandırdığını ictimaiyyətə bildirib.
Parnell həmçinin qeyd edib ki, Hərbi Dəniz Qüvvələrinin müavini Hung Cao vəzifəni müvəqqəti olaraq icra edəcək.
//Gülnarə Abasova, Editor.az

