SEPAH Hörmüzdə 2 gəmini BELƏ ƏLƏ KEÇİRDİ – ŞOK GÖRÜNTÜLƏRbackend

SEPAH Hörmüzdə 2 gəmini BELƏ ƏLƏ KEÇİRDİ – ŞOK GÖRÜNTÜLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında 2 gəminin ələ keçirilməsi ilə bağlı həyata keçirilən əməliyyatların görüntülərini yayımlayıb.

Musavat.com xəbər verir ki, yayımlanan kadrlarda SEPAH qüvvələrinin sürətli qayıqlarla gəmilərə yaxınlaşdığı və silahlı hərbçilərin gəmilərin idarəetməsini ələ keçirdiyi əks olunub.

Qeyd edək ki, SEPAH tərəfindən daha əvvəl verilən bəyanatda Hörmüz boğazında 2 gəmiyə əl qoyulduğu bildirilib:

“İsraillə əlaqəli olan “MSC-FRANCESCA” və “EPAMINODES” adlı iki fərqli gəmi zəruri icazələr olmadan hərəkət etdikləri və dəniz təhlükəsizliyi sistemlərini manipulyasiya edərək naviqasiya təhlükəsizliyini riskə atdıqları üçün SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb və İran sahillərinə yönləndirilib”.