Ağ Evin mətbuat katibi Caroline Leavitt bildirib ki, ABŞ-ın Hörmüz boğazında İrana qarşı tətbiq etdiyi dəniz blokadasına Avropadan kifayət qədər dəstək verilmir.
Editor.az xəbər verir ki, o, Fox News telekanalına müsahibəsində bu fikirləri səsləndirib.
“Avropalılardan çox danışıq eşidirik. Təəssüf ki, kifayət qədər əməli addım görmürük”, – deyə Leavitt vurğulayıb.
Məlumata görə, Donald Trump İran nümayəndə heyətinin aprelin 22-də İslamabadda keçirilməsi planlaşdırılan ikinci mərhələ danışıqlarında iştirakdan imtina etməsindən sonra atəşkəsi birtərəfli qaydada uzadıb.
İran tərəfi isə atəşkəsin uzadılmasını tanımayacağı ilə bağlı xəbərdarlıq edib.
//Gülnarə Abasova, Editor.az

