Donald Tramp administrasiyası Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələri davam edərsə, PURL mexanizmi vasitəsilə Kiyevə silah çatdırılmasını dayandırmaqla hədələyir.
məlumatı Financial Times qəzeti mənbələrə istinadən yayıb: “Avropa rəsmilərinin sözlərinə görə, Tramp administrasiyası Kiyevi Rusiyanın enerji obyektlərinə zərbələri dayandırmağa məcbur etmək üçün Ukraynaya silah tədarükü mexanizmini dayandırmaqla hədələyir”.
Mənbələrə görə, sözügedən mexanizm NATO müttəfiqlərinin ABŞ-dan Ukrayna üçün silah almaq üçün istifadə etdiyi PURL (Ukraynanın Prioritet Tələbləri Siyahısı) mexanizmidir.
Qəzetin mənbələri əlavə edib ki, bundan əlavə, Vaşinqton Kiyevlə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmaqla da hədələyir.
Musavat.com

