Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın tənqidlərindən sonra ölkədə seçki keçirilməsinə razı olduğunu bildirib. O, bunun üçün 60 gün müddətinə tam atəşkəs elan edilməsini şərt qoyub.
Oxu.Az bu barədə “ABC News” telekanalına istinadən xəbər verir.
“Əvvəla, Prezident Trampa bütün hörmətimlə bildirmək istəyirəm ki, bu və ya digər liderin seçilməsi xalqımızdan asılıdır. Bizə iki ay – 60 günlük tam atəşkəs verin, seçkini təşkil edək”, – deyə Ukrayna lideri bildirib.

