Kremldən ŞOK AÇIQLAMA: Putin Trampa İRANIN SÜLH ŞƏRTLƏRİNİ təqdim etdibackend

Kremldən ŞOK AÇIQLAMA: Putin Trampa İRANIN SÜLH ŞƏRTLƏRİNİ təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla əldə olunmuş razılığa əsasən, Yaxın Şərqdəki münaqişənin tənzimlənməsi ilə bağlı Tehranın rəsmi mövqeyini və təkliflərini ABŞ Prezidenti Donald Trampa çatdırıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi bəyanatla çıxış edib.

Peskovun sözlərinə görə, Putin Türkmənistanda keçirilən sammit çərçivəsində Pezeşkianla iki dəfə təkbətək görüş keçirib. Bu təmaslardan birində Rusiya lideri iranlı həmkarına ABŞ Prezidenti Donald Trampla gözlənilən telefon danışığı barədə məlumat verib və tərəflər regional böhrandan çıxış yollarını müzakirə ediblər.

Kremlin nümayəndəsi əlavə edib ki, Moskva Tehran və Vaşinqton arasında vasitəçilik rolunu öz üzərinə götürərək gərginliyin azaldılması və potensial sülh sazişinin şərtlərinin formalaşdırılması üçün diplomatik kanalları fəal şəkildə işlədir. Bu addım Yaxın Şərqdə kəskinləşən hərbi-siyasi böhranın həllində yeni dönüş nöqtəsi ola bilər.