Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən danışdı – “Ortaq kədərimizdir”backend

Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən danışdı – “Ortaq kədərimizdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanın başçısı Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevə 2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər veirr ki, İlham Əliyevin bu gün Bakıda qəbulunda Ramzan Kadırov deyib:

“2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir.

Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik”.