Paytaxtın mərkəzi küçələrində hərəkətdə olan sürücülər və piyadalar növbəti dəfə təəccüblü mənzərə ilə qarşılaşıblar.
Şəhərin intensiv hərəkət olan küçələrinin birində işıqforun qırmızı işığında dayanan avtomobildən düşən qadın yolda rəqs etməyə başlayıb.
Həmin anların görüntüləri sosial şəbəkədə, həmin şəxsin öz Instagram səhifəsində paylaşılıb və izləyicilər tərəfindən geniş müzakirələrə səbəb olub.
Yol hərəkəti təhlükəsizliyini riskə atan və hərəkət iştirakçılarının diqqətini yayındıran bu cür qeyri-adi hərəkətlər sosial şəbəkə istifadəçilərinin birmənalı qarşılanmayıb./nocomment.az/

