Tramp Rusiya və Ukraynanın “enerji atəşkəsi”nə razılaşdığını iddia edibbackend

Tramp Rusiya və Ukraynanın “enerji atəşkəsi”nə razılaşdığını iddia edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın enerji obyektlərinə qarşı hücumları qarşılıqlı şəkildə dayandırmağa razılaşdığını iddia edib.

Oxu.Az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında yazıb.

ABŞ prezidenti tərəfləri enerji obyektlərinə zərbələrin qarşılıqlı dayandırılması barədə razılaşmanı pozmamağa çağırıb.

“Bu andan etibarən Rusiya ilə Ukrayna arasındakı müharibədə enerji atəşkəsi qüvvədədir. Hər iki tərəf razılaşıb. Onu pozmayın!” – deyə ABŞ lideri bildirib.