Akademik: Zərərli vərdişlər və texnologiyadan həddindən artıq istifadə insan ömrünü qısalda bilərbackend

Akademik: Zərərli vərdişlər və texnologiyadan həddindən artıq istifadə insan ömrünü qısalda bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Təhsil Akademiyasının prezident müavini Gennadi Onişenko insan ömrünün uzunluğuna təsir edən əsas amillər barədə danışıb.

Editor.az xəbər verir ki, Akademikin sözlərinə görə, fiziki aktivliyin aşağı olması, alkoqoldan istifadə və siqaret çəkmək insan sağlamlığına ciddi zərər vuraraq ömür uzunluğunun azalmasına səbəb ola bilər.

Onişenko həmçinin müasir texnologiyalardan, o cümlədən elektron cihazlardan həddindən artıq istifadənin də insan həyat tərzinə mənfi təsir göstərə biləcəyini qeyd edib.

Mütəxəssis sağlam və uzun ömür üçün fiziki aktivliyin artırılmasının, zərərli vərdişlərdən uzaq durulmasının və gündəlik həyat tərzinə daha məsuliyyətli yanaşılmasının vacibliyini vurğulayıb.

//Gülnarə Abasova, Editor.az